Mamanın atası tərəf ağdamlı idi. Onlardan keçmə ləhcəsi var idi. İllərlə jurnalist işləsə də, evdə bu ləhcəni hələ də saxlamışdı. Mən, bacım, ya qardaşım bir az kədərli olan kimi deyirdi "Anan saa qurvan, nolufdu?". Deyirdim "ay mama, kəntoş olma "saa" nədi? "sənə!!!", "qurvan" nədi? "qurban!!!"". O da deyirdi "yaxşı mənim şəhərtoş balam, indi maa de görüm nolufdu" :))

No comments:
Post a Comment