Anamın güclü yumor hissi olması ilə bərabər çox müdrik qadın idi. Həmişə mən, bacım və qardaşıma pozitiv düşünməyi öyrədirdi. İstənilən bir uğursuzluq olanda hirslənmirdi, həmişə başa salırdı ki, hər bir işdə bir xeyir var...
Mama ilə olan yazışmalarımızı oxuyuram... "xeyirlisi nedi, o olacaq, eminem. bilirem ki, Allah yaxshi olani qismet eleyir, ozu sizincun-bizimcun xeyirli olani qismete getirir! INshallah!:)" 10 fevral 2011... Canım mamoçkam....
Mama həmişə bizə başa salırdı ki, "arı olun!". Bir əhvalatı var idi. Deyirdi milçək də, arı da hər səhər evdən gözəl şeylər tapıb yemək üçün çıxırlar. Milçək gözəl şeylər axtarışında yolda iylənmiş zibil görür, tez gedir onun üstündə oturur. Amma arı isə yolda nə qədər zibilliyin yanından keçir, iylənmiş yerləri görür, aldanmır, uçur, uçur ən sonunda gözəl çiçəklərə çatır və onlardan nektar çəkir. Və mama başa salırdı ki, hər səhər duranda siz də arı kimi oyanın, gün boyu arı kimi yaşayın, çirkinliklərdən uzaq olun və onda ən gözəl ballar da sizin olacaq...

No comments:
Post a Comment