- Şəbiiişşş! Şəəəbiiişş!!!
- Hə Garfield
- Kompüterim durduğu yerdə söndü!
- Necə yəni? Ekranda nə yazıldı, mama?
- Sönməmişdən əvvəl yazılmışdı "sevən batareya".
- "Sevən batareya" nədi mama?
- Nə bilim, yazılmışdı "ləv batery"
- Ah, mama, "low battery" "azalmış batareya" deməkdir! Kompüteri zaryadkaya qoy.
Friday, October 21, 2011
Pozitiv enerji
Mamanın qəribə düşüncələri var idi... Həmişə qəribə fəlsəfələr haqqında oxuyurdu, hər hadisədə, hər insanda pozitiv bir şey görürdü... Keniyada olanda onların ehramlarına gedib dua edirdi. Mən deyirdim "ay mama, bu filin nəyinə dua edirsən?" deyirdi "söhbət o fildən getmir, o filə inanan minlərlə insanın pozitiv aurası burada toplanıb". Həmişə atəşfəşanlıq olanda, ya da böyük bir yarışın qalibi elan olunanda, ya da yeni il girəndə mama həmişə deyirdi "Arzu tutun!" və bunu belə əsaslandırırdı ki, bu saniyə minlərlə və milyonlarla insan bu hadisənin sevincini yaşayır, orada çox güclü pozitiv aura var, sənin tutduğun arzu da bütün o pozitiv auranı alıb reallaşmağa doğru sürətlə gedəcək....
Mama duanın gücünə çox inanırdı. Namaz qılırdı və hər zaman bizim üçün və bütün dünyadakı insanlar üçün dua edirdi... Enerjinin gücü onun üçün dünyadakı ən yenilməz güc idi...
Mama duanın gücünə çox inanırdı. Namaz qılırdı və hər zaman bizim üçün və bütün dünyadakı insanlar üçün dua edirdi... Enerjinin gücü onun üçün dünyadakı ən yenilməz güc idi...
"Övladlarımı sevən və sevindirən hər kəsi sevirəm..."
Mama bizim bütün qərarlarımızı dəstəkləyirdi. Bizə həmişə güvənirdi. Onun bizə güvənməyi bizdə də özümüzə inam yaradırdı. O həmişə bizə dünyanın ən ideal insanları kimi münasibət göstərirdi. Bizə özünə güvənməyi, amma özündənrazı olmamağı öyrətmişdi... Boyfriendim haqqında mamaya yazanda mənə cavab emaili yazmışdı: "Cepishim, sen en yaxshiya layiqsen! Ve eminem ki, hemin en yaxshiya da qismet olassan! Bununcun temiz, saf karman, temiz ureyin ve duzgunu secmek istedadin var! gunele dediyim ki, evladlarimi seven ve sevindiren her kesi sevirem"...
Uppsaladan Bakıya...
İsveçdə olanda çox darıxırdım. Ölkəni sevməmişdim. Havası depressiv, insanları soyuq idi. Yaşadığım şəhər çox kiçik idi. Bakıda şəhərin mərkəzində böyüdüyümdən o səs-küyə öyrəşən mən Uppsalada yaşaya bilmirdim. Hər səhər yuxudan saat 6-da oyanırdım, yata bilmirdim, yemək yemirdim... Sentyabrın 30-u səhər yenə 6-da oyandım. Ağlaya-ağlaya mamaya zəng elədim. Səsimi eşidən kimi dedi:
- Biletini al, qayıt gəl
- Mama, bəs dərslərim? Bəs otağım?
- Cəhənnəm olsun hamısı, əsas sənsən. Bileti al gəl...
- Nə vaxta?
- Sabaha. Gir indi al, gəl...
Biletimi aldım, professorumla danışdım, məni çox yaxşı başa düşdü və bir ay dərsləri buraxmağıma icazə verdi. Səhərisi gün Bakıda idim. Sevincimdən uçurdum. Gecə mama mənimlə yatdı.
Səhər gözləri yaşarmış, mənə danışdı ki, gecə üstümü örtürmüş, gözümü açıb soruşmuşam "Mama, mən doğrudan evdəyəm? Bu yuxu deyil ki?". O da deyib "hə, Çəpiş". Mən demişəm "nə yaxşı mama, nə yaxşı..." və yatmışam...

Tuesday, October 18, 2011
Minnətdaram....
Bir daha doğulsam, bir daha bilsəm ki, cəmi 23 il anamla yaşayacam, yenə də onun anam olmağını istəyərəm. Bu 23 ildə məni insan kimi yetişdirdi. Bu 23 ildə birlikdə 15 ölkəyə getdik. Bu 23 ildə mənim ən yaxın dostum oldu... Bu 23 ildə məni elə yetişdirdi ki, 123 il bundan sonra da onun cızdığı yol ilə gedəcəyimə əminəm... Bu 23 ildə mənə sevginin nə olduğunu göstərdi... Bu 23 ildə o mənə ideal ana modelinin nümunəsi oldu...
Düzdür, onun üçün darıxıram, çox darıxıram... Paltarlarını iyləyirəm, inana bilmirəm, mənə hər şey yuxu kimi gəlir... Amma bu həyatdır... Bəzən insanlar deyirlər "mənim başıma gəlsəydi ölərdim..." Amma insanın başına gələndə başa düşür... Çox şeyi başa düşür... Hər şeyi başa düşür... Və hər ağrı ilə bərabər güc də gəlir... Düzdür, heç bir şey əvvəlki kimi olmayacaq, amma mən onunla yaşadığım 23 ilə görə minnətdaram... Mamoçkam mənə bunu öyrətmişdi... Nə olmağından asılı olmayaraq, həmişə minnətdar olmaq.... Onunla yaşadığım hər dəqiqəyə, hər saniyəyə görə minnətdaram.... Dünyanın ən gözəl anasının mənim anam olduğu üçün minnətdaram..... Minnətdaram....
Rəfiqəm Könül mənə bu şeiri göndərmişdi:
“You can shed tears that she is gone,
or you can smile because she has lived.
You can close your eyes and pray that she'll come back,
or you can open your eyes and see all she's left.
Your heart can be empty because you can't see her,
or you can be full of the love you shared.
You can turn your back on tomorrow and live yesterday,
or you can be happy for tomorrow because of yesterday.
You can remember her only that she is gone,
or you can cherish her memory and let it live on.
You can cry and close your mind,
be empty and turn your back.
Or you can do what she'd want:
smile, open your eyes, love and go on.”....
Mən əminəm ki, anam cənnətdədir (bunu düşünmək belə həm ağrı verir, həm təsəlli).....

Application
Mən Amerikaya getmək üçün imtahanlar verirdim. Bütün günü application-lar doldurur, ingilis dilimi praktika edirdim. Anam dediyinə görə, hətta yuxuda da ingilis dilində danışırdım. Oturub ingilis dili oxuduğum günlərin birində mama birdən otağıma gəldi. Gözü parıldayırdı: "Şəbiş, application sözünün kökünü tapmışam!!!" Mən gülməyimi güclə gizlədib ciddi sifət yaratmağa çalışaraq mamaya baxdım:
- Aha, mama?! Nədir application sözünün kökü?
- Application sözünün kökü "apple"dır. Yəni "alma".
Mən özünü saxlaya bilməyib gülməkdən yerə yıxıldım. Mama məndən guya inciyib çıxıb getdi. O vaxtda o bir daha "application" demədi, yalnız və yalnız "ALMAKEYŞIN"! :))

Mamanın ən sevdiyi dua
Mama həmişə bu duanı sevə-sevə edərdi: "Allahım, mənə dəyişə bildiklərimi dəyişmək üçün güc, dəyişə bilmədiklərimi qəbul etmək üçün səbr və birincini ikincidən ayırmaq üçün müdriklik ver".
Uşaqlıqdan bizə yatmazdan qabaq həmişə dua edib Allaha hər şey üçün təşəkkür etməyi öyrətmişdi. O deyirdi "dua edin, çünki Allah həmişə eşidir"...
İndi mən dua edəndə anamla danışıram. Çox inanıram ki, o məni eşidir...

Friday, October 14, 2011
Ədalət
Mama çox inanırdı ki, həyatda nə edirsənsə qarşına çıxır. Bizə həmişə bunu öyrədirdi. Deyirdi həyat o qədər ədalətlidir ki, həyatda heç bir şey əvəzsiz qalmır. Ən xırda səhv də insanın qarşısına çıxır. Ona görə başa salırdı ki, hər bir hərəkəti etməzdən qabaq düşünmək lazımdır, çünki o səhv bizə mütləq qayıdacaq. Qəribə nümunələri var idi: "Bu gün səhər küçədə bilmədən bir qadının ayağını tapdadım, düşündüm ki, görəsən bu da mənə geri qayıdacaq? Və iki saat sonra işdən çıxanda bir qadın da mənim ayağımı tapdadı". Biz də gülürdük ki, "ay mama, qocalırsan, gör nəyə fikir verirsən?!" O, ilahi ədalətin varlığına çox inanırdı və bizi də inandırırdı ki, Allah ən adil və ən ucadır... Bilirəm ki, bu belədir ki, var...
"Oxuma!"
Bəzi sinif yoldaşlarımın valideynləri uşaqlarına dərs oxumağı məcbur edirdilər, pis qiymət alanda bəzən cəzalandırırdılar, hətta döyürdülər. Amma mənim anam heç vaxt belə etməyib. Yadımdadır, TQDK qəbul imtahanına bir ay qalmışdı. Mən oxumaqdan o qədər yoruldum və bezdim ki, hirslənib kitabları tullayıb mamanın yanına getdim. Dedim: "Mama, uje bezdim, daha oxumayacam! Mən də insanam! Nə qədər oxumaq olar?! Bezdim mənasız tarixlər əzbərləməkdən! Mənim ömrüm gör nəyə sərf olunur!" O mənə qulaq asdı və heç gözləmədiyim cavabı verdi: "Düzdür, oxuma! Bəsdi daha, nə qədər oxumusan, daha bəsdi". Mən çaşdım:- Necə yəni, mama?
- Düz deyirsən, daha istirahət elə. İmtahanda da neçə bal yığarsan, yığarsan.
- Mama, xəbərin var nə deyirsən? Bu universitetə qəbul imtahanıdır e!
- Olsun da. Çox böyük şey olub!
- Yox, mama, mənim həyatım həll olunur. Bir ay oxumaqla ölməyəcəm ki. Amma oxumasam ömür boyu peşman olacam.
- Əşşi, boş şeydi!
- Yox, ay mama, nə boş şey?! Nə danışırsan?! Mən getdim dərs oxumağa. Məni narahat eləməyin!
Döndüm otağıma getməyə. Söhbətimizi düşündüm. Çaşdım. Çöndüm mamaya baxdım. Gülümsəyirdi. Yəqin mənimlə fəxr edirdi. Mən də gülümsədim. Çünki onunla fəxr edirdim. O mənə doğru yolu sadəcə məni anlamağı ilə göstərmişdi....
O bir ayı daha da həvəslə oxudum... BDU-ya qəbul oldum...
Monday, October 10, 2011
Niyə mən?
Mamanı itirəndən indiyə qədər hər gün ağlayıb soruşurdum: Niyə mənim mamam? Niyə o getməli idi? Bu gün sualıma cavab tapdım.... Bu hekayəni oxuyandan sonra....
"Meşhur Wimbledon'un ilk zenci Şampiyonu Arthur Ashe kan naklinden kaptığı AIDS'den ölüm döşeğindeydi..
Hayranlarından biri sordu.. "Allah böylesine kötü bir hastalık için neden seni seçti?"
Arthur Ashe cevap verdi..
"Tüm dünyada 50 milyon çocuk tenis oynamaya başlar, 5 milyonu tenis oynamayı öğrenir, 500 bini profesyonel tenisçi olur, 50 bini yarışmalara girer, 5 bini büyük turnuvalara erişir, 50'si Wimbledon'a kadar gelir, 4'ü yarı finale, 2'si finale kalır. Elimde şampiyonluk kupasını tuttuğum zaman Allah'ı 'Neden ben?' diye hiç sormadım. Şimdi sancı çekerken, Allah'a nasıl 'Neden ben?' derim?..."
Dünyanın ən yaxşı maması mənim anam olanda mən soruşmurdum "Niyə mən?!"... Yəqin ki, indi də soruşmamalıyam....

Bağışlamağın önəmi...
Bir dəfə bir rəfiqəm haqsız yerə çox bərk xətrimə dəymişdi. Mamaya olanları danışanda dedi: "Bağışla və unut". Dedim "Ay mama, çox xətrimə dəydi, o bağışlanmağa layiq deyil". Dedi "Bunu onun üçün etmirsən, bunu özün üçün edirsən". O həmişə bizə başa salırdı ki, insanın bədənindəki bütün xəstəliklər onun keçirdiyi hisslərin nəticəsidir. Onda mənə izah etdi ki, sən ürəyində kiməsə qarşı kin saxlayırsansa, onda sən öz sağlamlığına ziyan edirsən. Kin saxlamaq ürək xəstəliklərinin yaranmasına səbəb olur. "Kin saxladığın insanın bundan bəlkə də heç xəbəri olmayacaq, amma sən öz içini yeyə-yeyə öz əhvalını korlayacaqsan. Kin saxlama, bağışla, AMMA nəticə çıxar". Ondan sonra mən o qızı bağışladım. Doğrudan ürəkdən bağışladım. Bütün ruhumla bağışladım. Və onda başa düşdüm ki, kimisə ürəkdən bağışlamaq insanın bacardığı ən gözəl şeylərdən biri imiş... Bunu mama mənə öyrətdi....
Mamaya kobudluq edən aeroport işçisi
Bacım danışır ki, mama ilə Türkiyəyə əməliyyat üçün gedəndə baqaj check-in-dəki qız ona qarşı çox kobud davranıb. Qaşqabaqlı formada yarım kilodan ötrü baqajı açdırıb, əşyaları başqa baqaja yerləşdirməyini istəyib. Mama və bacımın əhvalı korlanıb. Baqajı verəndən sonra uzaqlaşanda bacım hirslənib, anam isə o qız üçün dua etməyə başlayıb. Deyib ki, "Allah o qızı o qədər xoşbəxt etsin ki, hamıya gülümsəsin. Həyatdan zövq almağı öyrənsin. İstədiyi bütün arzulara çatsın. Çox çox xoşbəxt olsun. Onda digər insanları da sevəcək, onlara qarşı mehriban davranacaq..." Anamdan öyrənməli çox şey var idi... Lap çox.... O müdrik insan idi..... Onsuz dünya boşalıb elə bil...
Subscribe to:
Posts (Atom)