Monday, October 10, 2011

Mamaya kobudluq edən aeroport işçisi

Bacım danışır ki, mama ilə Türkiyəyə əməliyyat üçün gedəndə baqaj check-in-dəki qız ona qarşı çox kobud davranıb. Qaşqabaqlı formada yarım kilodan ötrü baqajı açdırıb, əşyaları başqa baqaja yerləşdirməyini istəyib. Mama və bacımın əhvalı korlanıb. Baqajı verəndən sonra uzaqlaşanda bacım hirslənib, anam isə o qız üçün dua etməyə başlayıb. Deyib ki, "Allah o qızı o qədər xoşbəxt etsin ki, hamıya gülümsəsin. Həyatdan zövq almağı öyrənsin. İstədiyi bütün arzulara çatsın. Çox çox xoşbəxt olsun. Onda digər insanları da sevəcək, onlara qarşı mehriban davranacaq..." Anamdan öyrənməli çox şey var idi... Lap çox.... O müdrik insan idi..... Onsuz dünya boşalıb elə bil...

No comments:

Post a Comment