Monday, October 10, 2011

Bağışlamağın önəmi...


Bir dəfə bir rəfiqəm haqsız yerə çox bərk xətrimə dəymişdi. Mamaya olanları danışanda dedi: "Bağışla və unut". Dedim "Ay mama, çox xətrimə dəydi, o bağışlanmağa layiq deyil". Dedi "Bunu onun üçün etmirsən, bunu özün üçün edirsən". O həmişə bizə başa salırdı ki, insanın bədənindəki bütün xəstəliklər onun keçirdiyi hisslərin nəticəsidir. Onda mənə izah etdi ki, sən ürəyində kiməsə qarşı kin saxlayırsansa, onda sən öz sağlamlığına ziyan edirsən. Kin saxlamaq ürək xəstəliklərinin yaranmasına səbəb olur. "Kin saxladığın insanın bundan bəlkə də heç xəbəri olmayacaq, amma sən öz içini yeyə-yeyə öz əhvalını korlayacaqsan. Kin saxlama, bağışla, AMMA nəticə çıxar". Ondan sonra mən o qızı bağışladım. Doğrudan ürəkdən bağışladım. Bütün ruhumla bağışladım. Və onda başa düşdüm ki, kimisə ürəkdən bağışlamaq insanın bacardığı ən gözəl şeylərdən biri imiş... Bunu mama mənə öyrətdi....

No comments:

Post a Comment