Tuesday, October 18, 2011

Application

Mən Amerikaya getmək üçün imtahanlar verirdim. Bütün günü application-lar doldurur, ingilis dilimi praktika edirdim. Anam dediyinə görə, hətta yuxuda da ingilis dilində danışırdım. Oturub ingilis dili oxuduğum günlərin birində mama birdən otağıma gəldi. Gözü parıldayırdı: "Şəbiş, application sözünün kökünü tapmışam!!!" Mən gülməyimi güclə gizlədib ciddi sifət yaratmağa çalışaraq mamaya baxdım:
- Aha, mama?! Nədir application sözünün kökü?
- Application sözünün kökü "apple"dır. Yəni "alma".
Mən özünü saxlaya bilməyib gülməkdən yerə yıxıldım. Mama məndən guya inciyib çıxıb getdi. O vaxtda o bir daha "application" demədi, yalnız və yalnız "ALMAKEYŞIN"! :))
P.S. Bu şəkli Kenyada çəkdirmişdik, hotel otağımızdan olan görüntü idi. Mama bu şəkilə comment yazmışdı: "Otaqimizdan goruntu... O gun yerimde uzanib cox boyuk sakitlik getiren bu goruntunu yaddashima yazmaqa calishirdim.
Xatirladiqca xosh bir relaks yaranir icimde...:)". .............

No comments:

Post a Comment