Friday, October 14, 2011
Ədalət
Mama çox inanırdı ki, həyatda nə edirsənsə qarşına çıxır. Bizə həmişə bunu öyrədirdi. Deyirdi həyat o qədər ədalətlidir ki, həyatda heç bir şey əvəzsiz qalmır. Ən xırda səhv də insanın qarşısına çıxır. Ona görə başa salırdı ki, hər bir hərəkəti etməzdən qabaq düşünmək lazımdır, çünki o səhv bizə mütləq qayıdacaq. Qəribə nümunələri var idi: "Bu gün səhər küçədə bilmədən bir qadının ayağını tapdadım, düşündüm ki, görəsən bu da mənə geri qayıdacaq? Və iki saat sonra işdən çıxanda bir qadın da mənim ayağımı tapdadı". Biz də gülürdük ki, "ay mama, qocalırsan, gör nəyə fikir verirsən?!" O, ilahi ədalətin varlığına çox inanırdı və bizi də inandırırdı ki, Allah ən adil və ən ucadır... Bilirəm ki, bu belədir ki, var...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment