Friday, October 21, 2011

Uppsaladan Bakıya...

İsveçdə olanda çox darıxırdım. Ölkəni sevməmişdim. Havası depressiv, insanları soyuq idi. Yaşadığım şəhər çox kiçik idi. Bakıda şəhərin mərkəzində böyüdüyümdən o səs-küyə öyrəşən mən Uppsalada yaşaya bilmirdim. Hər səhər yuxudan saat 6-da oyanırdım, yata bilmirdim, yemək yemirdim... Sentyabrın 30-u səhər yenə 6-da oyandım. Ağlaya-ağlaya mamaya zəng elədim. Səsimi eşidən kimi dedi:
- Biletini al, qayıt gəl
- Mama, bəs dərslərim? Bəs otağım?
- Cəhənnəm olsun hamısı, əsas sənsən. Bileti al gəl...
- Nə vaxta?
- Sabaha. Gir indi al, gəl...
Biletimi aldım, professorumla danışdım, məni çox yaxşı başa düşdü və bir ay dərsləri buraxmağıma icazə verdi. Səhərisi gün Bakıda idim. Sevincimdən uçurdum. Gecə mama mənimlə yatdı.

Səhər gözləri yaşarmış, mənə danışdı ki, gecə üstümü örtürmüş, gözümü açıb soruşmuşam "Mama, mən doğrudan evdəyəm? Bu yuxu deyil ki?". O da deyib "hə, Çəpiş". Mən demişəm "nə yaxşı mama, nə yaxşı..." və yatmışam...

No comments:

Post a Comment