Bir daha doğulsam, bir daha bilsəm ki, cəmi 23 il anamla yaşayacam, yenə də onun anam olmağını istəyərəm. Bu 23 ildə məni insan kimi yetişdirdi. Bu 23 ildə birlikdə 15 ölkəyə getdik. Bu 23 ildə mənim ən yaxın dostum oldu... Bu 23 ildə məni elə yetişdirdi ki, 123 il bundan sonra da onun cızdığı yol ilə gedəcəyimə əminəm... Bu 23 ildə mənə sevginin nə olduğunu göstərdi... Bu 23 ildə o mənə ideal ana modelinin nümunəsi oldu...
Düzdür, onun üçün darıxıram, çox darıxıram... Paltarlarını iyləyirəm, inana bilmirəm, mənə hər şey yuxu kimi gəlir... Amma bu həyatdır... Bəzən insanlar deyirlər "mənim başıma gəlsəydi ölərdim..." Amma insanın başına gələndə başa düşür... Çox şeyi başa düşür... Hər şeyi başa düşür... Və hər ağrı ilə bərabər güc də gəlir... Düzdür, heç bir şey əvvəlki kimi olmayacaq, amma mən onunla yaşadığım 23 ilə görə minnətdaram... Mamoçkam mənə bunu öyrətmişdi... Nə olmağından asılı olmayaraq, həmişə minnətdar olmaq.... Onunla yaşadığım hər dəqiqəyə, hər saniyəyə görə minnətdaram.... Dünyanın ən gözəl anasının mənim anam olduğu üçün minnətdaram..... Minnətdaram....
Rəfiqəm Könül mənə bu şeiri göndərmişdi:
“You can shed tears that she is gone,
or you can smile because she has lived.
You can close your eyes and pray that she'll come back,
or you can open your eyes and see all she's left.
Your heart can be empty because you can't see her,
or you can be full of the love you shared.
You can turn your back on tomorrow and live yesterday,
or you can be happy for tomorrow because of yesterday.
You can remember her only that she is gone,
or you can cherish her memory and let it live on.
You can cry and close your mind,
be empty and turn your back.
Or you can do what she'd want:
smile, open your eyes, love and go on.”....
Mən əminəm ki, anam cənnətdədir (bunu düşünmək belə həm ağrı verir, həm təsəlli).....

No comments:
Post a Comment