Mamanın qəribə düşüncələri var idi... Həmişə qəribə fəlsəfələr haqqında oxuyurdu, hər hadisədə, hər insanda pozitiv bir şey görürdü... Keniyada olanda onların ehramlarına gedib dua edirdi. Mən deyirdim "ay mama, bu filin nəyinə dua edirsən?" deyirdi "söhbət o fildən getmir, o filə inanan minlərlə insanın pozitiv aurası burada toplanıb". Həmişə atəşfəşanlıq olanda, ya da böyük bir yarışın qalibi elan olunanda, ya da yeni il girəndə mama həmişə deyirdi "Arzu tutun!" və bunu belə əsaslandırırdı ki, bu saniyə minlərlə və milyonlarla insan bu hadisənin sevincini yaşayır, orada çox güclü pozitiv aura var, sənin tutduğun arzu da bütün o pozitiv auranı alıb reallaşmağa doğru sürətlə gedəcək....
Mama duanın gücünə çox inanırdı. Namaz qılırdı və hər zaman bizim üçün və bütün dünyadakı insanlar üçün dua edirdi... Enerjinin gücü onun üçün dünyadakı ən yenilməz güc idi...

No comments:
Post a Comment